15 
Noy
2014
11:41
7
1
963
Virtual karabakh

“ADA” Universitetində IV beynəlxalq tələbə festivalı keçirilib - FOTO

15 Noy, 2014
11:41
963

“ADA” Universitetində IV beynəlxalq tələbə festivalı keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Festivalda 40-dan çox ölkənin nümayəndələri iştirak ediblər.

Noyabrın 14-də “ADA” Universitetinin Tələbə Mərkəzində IV Beynəlxalq Tələbə Festivalı keçirilib.

Oxu.Az AzərTAc-a istinadla xəbər verir ki, artıq ənənəyə çevrilmiş bu festivalda xarici dövlətlərin ölkəmizdə akkreditə edilmiş səfirliklərinin nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları, habelə azərbaycanlı və xarici tələbələr, jurnalistlər iştirak ediblər.

“ADA” Universitetinin Tələbə Mərkəzinin foyesində təşkil olunmuş böyük sərgidə xarici dövlətlərin səfirlikləri və Azərbaycanda təhsil alan əcnəbi tələbələr stendlər tərtib edərək öz ölkələrinin milli mədəniyyətlərini, kulinariyasını, kitablar, bukletlər, prospektlər şəklində çap məhsullarını nümayiş etdiriblər. Sərgidə müxtəlif xalqların musiqisi səslənib, tələbələr milli rəqslər ifa ediblər. Festivalda 40-dan çox ölkənin, o cümlədən Rusiya, Gürcüstan, Ukrayna, Orta Asiya respublikalarının, Baltik ölkələri, habelə uzaq xaric – Argentina, Avstriya, Yunanıstan, Çin, İndoneziyanın nümayəndələri iştirak ediblər.

Sonra Tələbə Mərkəzinin auditoriumunda konsert olub. Tədbirdən əvvəl “ADA” Universitetinin vitse-rektoru Fariz İsmayılzadə çıxış edərək bildirib ki, bu festivalın keçirilməsində məqsəd azərbaycanlı tələbələri müxtəlif ölkələrin mədəniyyətləri ilə tanış etmək, gələcək ixtisaslarını və öyrənmək üçün xarici dilləri seçməkdə onlara yardımçı olmaq, habelə öz yaşıdları ilə ünsiyyət, dostluq münasibətləri qurmaq üçün şərait yaratmaqdır. Vitse-rektor əmin olduğunu bildirib ki, festival həm də xalqlar arasında dialoqa kömək edəcək.

Milli geyimli azərbaycanlı və əcnəbi tələbələr müxtəlif xalqların rəqslərini ifa ediblər. Bu çıxışları böyük maraqla qarşılayan tamaşaçılar ifaçıları ürəkdən alqışlayıblar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri