11 
Sen
2021
19:49
27
263
5180
Virtual karabakh

Hollivud ulduzuna görə onlarla mal-qara huşunu itirdi - FOTO/VİDEO

11 Sen, 2021
19:49
5180

Hollivud ulduzuna görə onlarla mal-qara huşunu itirdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mission: Impossible” filminin yeddinci hissəsinin çəkilişi zamanı qeyri-adi hadisə baş verib. Belə ki, amerikalı aktyor Tom Kruzun təhlükəsizliyini təmin etmək üçün atılan addım ətrafda olan mal-qaranın huşunun itməsi ilə nəticələnib.

Məlumata görə, çəkilişlər Britaniyada “Göl bölgəsi” Milli Parkında aparılır. Epizodlardan birindəki süjetə görə, İtan Hant rolunu oynayan aktyor kadrda paraşütlə enməlidir.

59 yaşlı sənətçi dörd sıçrayış edib, bu müddət ərzində çəkiliş qrupu Tom Kruzu tryuk zamanı ətrafda olan dronlardan qorumaq üçün yüksək tezlikli səs yayan cihazları işə salıb.

Yayılmış ultrasəs o qədər güclü olub ki, ərazidəki heyvanlara təsir edib, yaxınlıqda otlayan onlarla inək huşunu itirib. Texnologiya söndürüldükdən sonra heyvanlar özünə gəlib.

Hadisənin təhlükəsinə baxmayaraq, yerli sakinlər ulduzdan şikayət etməyiblər.

Mənbə: “The Sun”

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri