21 
Noy
2014
17:39
9
1
3547
Virtual karabakh

Azərbaycan rəssamlarının əsərləri Daşkənddə nümayiş olunacaq

21 Noy, 2014
17:39
3547

Azərbaycan rəssamlarının əsərləri Daşkənddə nümayiş olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tədbirin məqsədi iki ölkə arasında mədəni əməkdaşlığı genişləndirməkdir.

Noyabrın 26-da Daşkənddəki Kəmaləddin Bexzod adına Rəssamlıq və Dizayn İnstitutunda “İpək yolu Azərbaycan və özbək rəssamlarının gözü ilə” adlı rəsm sərgisi keçiriləcək.

Oxu.Az-ın APA-ya istinadla məlumatına görə, sərgi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Kəmaləddin Bexzod adına Daşkənd Rəssamlıq və Dizayn İnstitutu və Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən təşkil olunacaq.

Tədbirin məqsədi iki ölkə arasında mədəni əməkdaşlığı genişləndirmək, tarixi İpək yolunun iki xalqın həyatında rolunu bir daha göstərməkdir.

Sərgidə Azərbaycan rəssamlarından Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Toğrul Nərimanbəyov, Elbəy Rzaquliyev və başqalarının əsərləri nümayiş etdiriləcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri