21 
Noy
2014
18:10
6
1
2200
Virtual karabakh

Məşhur türk aktyorları “28 Cinema”da film premyerasında iştirak etdilər - FOTO

21 Noy, 2014
18:10
2200

Məşhur türk aktyorları “28 Cinema”da film premyerasında iştirak etdilər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Birleşen Gönüller”.

Azərbaycanın premium səviyyəli kinoteatrı “28 Cinema” noyabr ayının 20-də məşhur türk kino ulduzlarının iştirakı ilə möhtəşəm Qala premyera keçirib.

Oxu.Az xəbər verir ki, ”28 Cinema” kinoteatrı, “Kofteci” restoranı və “Synergy Partneship” şirkətinin sponsorluğu ilə təşkil olunan tədbir Türkiyədə və Azərbaycanda böyük maraqla gözlənilən “Birleşen Gönüller” filminin premyerasına həsr olunub.

Tədbirdə filmin qəhrəmanlarından olan Atılgan Gümüş, Sema Çeyrekbaşı, Serkan Şenalp, Ferdi Akarnur kimi məşhur türk aktyorları iştirak ediblər. Gecədə türkiyəli qonaqlar ilə yanaşı ölkəmizin bir çox məşhur simaları, şirkət rəhbərləri, media nümayəndələri iştirak ediblər. Tədbirdə qonaqlar üçün furşet və fotosessiya təşkil olunub, həmçinin qeyd olunan filmin nümayişi keçirilib.

Nümayişdən sonra türk aktyorlarının və “28 Cinema” kinoteatrının nümayəndələrinin iştirakı ilə jurnalistlər üçün mətbuat konfransı keçirilib.

“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı yerləşir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri