11 
Okt
2021
12:08
205
28
7887
Virtual karabakh

Azərbaycandan köç edən “Bryus Li” taliblərdən qaçmaq cəhdlərindən danışıb - FOTO/VİDEO

11 Okt, 2021
12:08
7887

Azərbaycandan köç edən “Bryus Li” taliblərdən qaçmaq cəhdlərindən danışıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Honkonqlu və amerikalı döyüş sənətçiləri ustası, əfsanəvi Bryus Linin əfqanıstanlı bənzəri Abbas Əlizadə “Taliban” hərəkatının üzvlərinin təlim yoldaşını bıçaqlayaraq öldürülməsindən sonra həyatı ilə bağlı qorxularından və qaçmaq cəhdlərindən danışıb.

İki barmaq üzərində “jim” də daxil olmaqla bir çox məşq videolarını internetə yerləşdirdikdən sonra daha çox məşhurlaşan 28 yaşlı əfqanıstanlı avqust çevrilişindən sonra artıq məşq edə bilmədiyini deyir.

Onun sözlərinə görə, “Taliban” həzaralara – şiələrə nifrət edir, bu səbəbdən onların növbəti qurbanı ola biləcəyindən narahatdır. Gənc aktyor daim yerini dəyişdiyini, iki gündən artıq bir yerdə qalmadığını vurğulayıb.

A.Əlizadə Əfqanıstandan ailəsi ilə birlikdə qaçaraq Böyük Britaniyaya köçmək, növbəti “Bryus Li olmaq” və filmlərdə rol almaq istəyini dilə gətirib.

Məlumat üçün bildirək ki, Abbas Əlizadənin ailəsi uzun illər əvvəl Azərbaycanın Şəmkir rayonundan Әfqanıstana köç edib. O, bir neçə il öncə Bakıya film çəkilişləri üçün gəlmişdi.

Mənbə: “The Sun”

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri