Dek
2014
14:39
10
7
2214
Virtual karabakh

Nəbahət Çehrənin çəkildiyi film 1 milyona başa gəlir - FOTO

2 Dek, 2014
14:39
2214

Nəbahət Çehrənin çəkildiyi film 1 milyona başa gəlir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bunun xüsusi mənası var”.

Məşhur aktrisa Nəbahət Çehrənin də rol aldığı “Qanlı Yanvar” filminin yaradıcı və işçi heyəti ilə görüş keçirilib.

Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, filmin 20 Yanvar hadisələrinin 25 illiyinə həsr olunduğunu deyən rejissor Vahid Mustafayev çəkilişdə iştirak edən kollektivin beynəlmiləl olduğunu bildirib:

“Burada dünya şöhrətli amerikalı aktyor Lane Devies, türk kinosunun canlı əfsanəsi Nəbahət Çehrə, rus xalqının təmsilçisi görkəmli aktyor Yurly Baleev, İrandan dəvət olunmuş kino-operator Afşin Əlizadənin başçılıq etdiyi çəkiliş qrupu yerli azərbaycanlılarla birlikdə çalışır.

Bunun xüsusi mənası var. Çünki azadlıq arzusu təkcə bir millətin mənəvi sərvəti deyil. Milli Azadlıq mücadiləsi bütün dünyaya tanış və doğmadır”.

Qeyd edək ki, film bir milyon manata başa gəlir. Hələ ki, filmin 60 faizi çəkilib. Filmin 2015-ci ilin yanvarın 20-də nümayişi gözlənilir.

 www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri