12 
Dek
2014
16:32
8
2
757
Virtual karabakh

Heydər Əliyev Sarayında Ulu Öndərin xatirəsi anılıb

12 Dek, 2014
16:32
757

Heydər Əliyev Sarayında Ulu Öndərin xatirəsi anılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tədbirdən sonra sarayın kollektivi Ümummilli Liderin məzarını ziyarət ediblər.

Dekabrın 12-də Heydər Əliyev Sarayında ulu öndər Heydər Əliyevin büstü qarşısında Ümummilli Liderin vəfatının 11-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Oxu.Az xəbər verir ki, mərasim iştirakçıları müasir Azərbaycan dövlətinin qurucusu və memarını dərin hörmət və ehtiramla yad ediblər.

Çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı, milli mədəniyyətimizin inkişafı istiqamətindəki misilsiz xidmətlərindən, tarixən zəngin olan mədəniyyətimizin bugünkü səviyyəyə yüksəlməsindəki əvəzedilməz rolundan, ölkəmizin inkişaf və tərəqqisi naminə gördüyü çoxsaylı işlərdən danışıblar.

Tədbirdən sonra Heydər Əliyev Sarayının kollektivi Ümummilli Liderin Fəxri xiyabandakı məzarını ziyarət ediblər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri