15 
Dek
2014
12:14
12
10
4442
Virtual karabakh

Heydər Əliyev Sarayında uşaqlar üçün Yeni il şənliyi

15 Dek, 2014
12:14
4442

Heydər Əliyev Sarayında uşaqlar üçün Yeni il şənliyi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Konsertin biletləri 10-30 manat arasında satışa çıxarılıb.

Heydər Əliyev Sarayı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində dekabrın 29-da uşaqlar üçün növbəti dəfə musiqili-əyləncəli Yeni il şənliyi təşkil edəcək.

Sarayın mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, hər il olduğu kimi bu il də şənlik iştirakçılarına yeni hazırlanan proqram təqdim ediləcək.

Uşaqların marağına səbəb olacaq bayram şənliyində uşaq kollektivləri yeni və maraqlı musiqili kompozisiyalar, milli və müasir rəqslərlə çıxış edəcəklər.

Şənlikdə illüziya şousu, rəngarəng çıxışlar və digər sürprizlərlə yanaşı peşəkar incəsənət ustalarının çıxışı gözlənilir. Əlvan şam ağacının ətrafında toplaşacaq uşaqlar Qar qız, Şaxta baba və digər nağıl qəhrəmanları ilə birgə əylənəcəklər.

Saat 18:00-da başlayacaq konsertin biletləri 10-30 manat arasında satışa çıxarılıb. Biletləri şəhərin kassalarından əldə edə bilərsiniz.

 

Aytən Sadıqzadə

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri