16 
Dek
2014
10:53
4
1
703
Virtual karabakh

Azərbaycanlı tələbə beynəlxalq festivalda uğur qazanıb

16 Dek, 2014
10:53
703

Azərbaycanlı tələbə beynəlxalq festivalda uğur qazanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İştirakçının çıxışı münsiflər heyəti tərəfindən dəyərləndirilib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) musiqi sənəti fakültəsinin I kurs tələbəsi Natəvan Dinikaeva “Renaissance Festivals” Yaradıcılıq Mərkəzinin təşkil etdiyi “Christmas Lights” (“Milad işıqları”) XIV beynəlxalq festivalın müsabiqəsində “İnstrumental musiqi” nominasiyası üzrə qalib olub.

Oxu.Az AzərTAc-a istinadla xəbər verir ki, Macarıstan, Ukrayna, İsrail, Çin, Belarus, Rusiya və başqa ölkələrin təmsil olunduqları müsabiqə Macarıstanın Balatonfüred şəhərində baş tutub.

İştirakçının çıxışı münsiflər heyəti tərəfindən ifaçılıq texnikası, repertuar seçimi və artistizm meyarları üzrə dəyərləndirilib.

Natəvan Dinikayeva ADMİU-nun musiqi sənəti fakültəsinin instrumental ifaçılıq və dirijorluq kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, pianoçu Səbinə Mehdiyevanın sinfində təhsil alır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri