17 
Dek
2014
10:02
6
3
1207
Virtual karabakh

Azərbaycanlı dizayner Moskvada keçirilən yüksək dəb yarışında – FOTO

17 Dek, 2014
10:02
1207

Azərbaycanlı dizayner Moskvada keçirilən yüksək dəb yarışında – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Müasir geyimdə etnik motivlər” nominasiyasında “Azərbaycan” kolleksiyasını təqdim edib.

Azərbaycanlı dizayner Zümrüd Mirzəliyeva Moskvada keçirilən “Etno-Erato” adlı ikinci milli geyim üzrə Avrasiya yüksək dəb yarışmasında iştirak edib.

Oxu.Az xəbər verir ki, “Etno-Erato” konkursu Moskva şəhərinin regionlararası əməkdaşlıq, milli siyasət və dini təşkilatlarla əlaqə üzrə departamentinin dəstəyi və Moskvanın millətlər evinin iştirakı ilə “Avrasiya qadınları forumu” mədəni-milli ənənələrin qorunmasına dəstək verən Regional ictimai qurumun təşkilatçılığı ilə keçirilib.

Konkurs növbəti nominasiyalar üzrə keçirilib: “Qafqaz xalqlarının ən yaxşı geyimi”, “Ən yaxşı Şərq geyimi”, “Müasir geyimdə etnik motivlər”, “Etnik geyimin retrosu”.

Təmsilçimiz Z.Mirzəliyeva “Etno-Erato”nun “Müasir geyimdə etnik motivlər” nominasiyasında “Azərbaycan” kolleksiyasını təqdim edib və bu nominasiyada 2-ci yerə layiq görülüb.

Aytən Sadıqzadə

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri