17 
Dek
2014
10:14
7
2
1317
Virtual karabakh

28 Cinema 2 il sizinlə!

17 Dek, 2014
10:14
1317

28 Cinema 2 il sizinlə!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

17 dekabrda kinoya bilet alan tamaşaçılara bir pulsuz dəvətnamə veriləcək.

Azərbaycanın premium kinoteatrı olan 28 Cinema 17 dekabr tarixində öz ad gününü qeyd edir və bütün tamaşaçılara onunla bu günü paylaşmağı təklif edir. 2 il ərzində hər gününü öz tamaşaçısı ilə paylaşan 28 Cinema, iki yaşını da sizlərlə birgə keçirmək arzusundadır.

Oxu.Az xəbər verir ki, bu gün 16:00-dan etibarən təkcə uşaqların yox, həm də böyüklərin çox sevdiyi “Köpük şou” təşkil olunacaq. 17:00-dan etibarən xüsusi dəvət olunmuş rəssam uşaqlar üçün “art face” təşkil edəcək və ən əsası, yalnız 17 dekabrda kinoya bilet alan tamaşaçılara bir pulsuz  dəvətnamə veriləcək.

Gəlin, bu əziz günü birgə keçirək!

“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı yerləşir.

Aytən Sadıqzadə

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri