19 
Dek
2014
17:17
98
28
4373
Virtual karabakh

“Sarı gəlin”ə Türkiyədə unikal klip çəkildi - VİDEO

19 Dek, 2014
17:17
4373

“Sarı gəlin”ə Türkiyədə unikal klip çəkildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ekran işi qısa vaxt ərzində xeyli istifadəçi tərəfindən izlənərək marağa səbəb olub.

Azərbaycan xalq mahnısı “Sarı gəlin”ə Türkiyədə klip çəkilib.

Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, Türkiyə, Azərbaycan, Estoniya, Ukrayna, Makedoniya və Litvadan 36 gənc musiqiçi Türkiyənin Ərzurum vilayətində bir araya gəlib.

6 ölkəni təmsil edən həvəskar musiqiçilərin iştirakı ilə “Sarı gəlin” xalq mahnısı üçün Ərzurumun tarixi və mədəniyyət məkanlarında videoklip çəkilib. 11 günə tamamlanan çəkilişlərdən sonra YouTube videoportalına yerləşdirilən “Sarı gəlin” klipi qısa vaxt ərzində xeyli istifadəçi tərəfindən izlənərək marağa səbəb olub.

Bir müddət öncə isə, dünya şöhrətli ifaçı Sami Yusuf “Sarı gəlin” mahnısını Azərbaycan və ingilis dillərində ifa etmişdi.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri