27 
Dek
2014
17:57
174
20
3430
Virtual karabakh

Qız qalası və muzeylərə giriş pulsuz olacaq

27 Dek, 2014
17:57
3430

Qız qalası və muzeylərə giriş pulsuz olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Muzeylər dekabrın 31-də saat 16:00-a qədər işləyəcək.

Dekabrın 27-dən yanvarın 5-dək “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi muzey ekspozisiyalarına sərbəst giriş kampaniyası keçiriləcək. 

Qurumun mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, 10 gün müddətində paytaxt sakinləri və qonaqlar üçün İçərişəhərdə yerləşən muzey ekspozisiyalarla tanışlıq pulsuz olacaq.

Qeyd edək ki, Qız qalası və digər muzeylər dekabrın 31-də saat 16:00-a qədər işləyəcək. Yanvarın birində isə muzeylər bağlı olacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri