28 
Dek
2014
09:19
108
91
3394
Virtual karabakh

Leyla Əliyevadan növbəti şeir

28 Dek, 2014
09:19
3394

Leyla Əliyevadan növbəti şeir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gözəllik”.

Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. 

Oxu.Az “Gözəllik” adlı şeiri oxucuların ixtiyarına verir. 

Gözəllik, inan ki, sən 
çox amansız qüvvəsən... 
amma iş səndə deyil, 
qarşında diz çökübən 
yalvarış etdim sənə 
amandı, 
qarşı gəlmə 
yaralı ürəyimə. 
Getmə onun əksinə... 

De, mənim ürəyimə 
axı nə vermisən ki – 
indi ala bilmirsən? 
Açıqca, gözgörəsi 
Onla cəngə giribsən..? 
Axı gözüdoymazlıq, 
səni məhv eyləyəcək... 
Ancaq zülmət gecədə 
maskanı çıxaranda 
qəm-qüssədən yanırsan; 
Gecəni tək-tənhasan... 

Söylə, nə istəyirsən? 
Sədaqətli ürəyə – 
sevgi yarası almış, 
pak və məsum ürəyə 
sahib olmaq! – 
azdımı? 
“Bu nə gün-güzərandır?” – 
deyib gileylənməklə, 
bil ki, heç vaxt, heç yerdə, 
razı qalmayacaqsan... 

Bilirsən neynəyəcəm? – 
Hələ heç vaxt yanmayan 
kibritləri çaxacam, 
Sənin divanə ağlın 
alovlanıb yanacaq. 
O gözəl, cazibədar 
gözlərinin önündə 
vərdişlərin kül kimi 
havaya sovrulacaq... 

Şeir dəftərlərini, 
cırıb, tikələyəcəm. 
Çünki acı həqiqət 
əyir misralarını... 
Hər sözünə çökübdür 
ağrı, əzab, iztirab. 
Ürəksə öləziyir 
İncə, zərif əllərdə... 

Ürək! Bir bax can verir, 
Boyasız... ehtirassız... 
Amma ehtirasda da 
aman yox, qurtuluş yox..! 
Yox, mən daha vermərəm 
ixtiyarı iblisə... 
Axı odur incidən 
səni lap uşaqlıqdan. 

Gözəllik, inan ki, sən 
Çox amansız qüvvəsən. 
Amma ki, gəl tələsmə 
özünlə fəxr etməyə..! 
İnsanın qəlbi, ruhu 
əgər gözəl deyilsə, 
üz-gözün gözəlliyi 
dəyməz bircə qəpiyə...

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri