Yan
2015
12:26
30
17
795
Virtual karabakh

MDB ekspertləri Minskdə mədəniyyət sahəsində əməkdaşlığı müzakirə edəcəklər

8 Yan, 2015
12:26
795

MDB ekspertləri Minskdə mədəniyyət sahəsində əməkdaşlığı müzakirə edəcəklər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Layihəyə 124 tədbir daxil edilib.

“2016-2020-ci illər üçün MDB ölkələrinin mədəniyyət sahəsində əməkdaşlığına dair əsas tədbirlər” layihəsi üzərində işin başa çatdırılması üzrə ekspert qrupunun iclası 2015-ci ilin yanvar ayının 13-14-də Minskdə MDB İcraat Komitəsində baş tutacaq.

Oxu.Az MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sənədin labüdlüyü barədə qərar 2014-cü ilin may ayında Minskdə MDB hökumət başçıları şurasının iclasında qərara alınıb.  

Əsas tədbirlər layihəsinin hazırlanması Birliyin Mədəni Əməkdaşlıq Şurasına tapşırılmışdı. Sənəd üçün öz təkliflərini səkkiz ölkə - Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya və Tacikistan göndərib.

Bu gün üçün layihəyə tarixi-mədəni irs abidələrinin qorunması və istifadəsinə, qeyri-maddi tarixi-mədəni irsin və xalq yaradıcılığının qorunmasına, muzey işinə, təsviri sənətə, kino, kitab dərcinə, informasiya fəaliyyətinə, elmə, təhsilə və kadr hazırlığına, eləcə də kitabxana və musiqi sferasına, teatr-konsert sahəsinə dair 124 tədbir daxil edilib.

Ekspertlərin son razılaşmasından sonra “2016-2020-ci illər üçün MDB ölkələrinin mədəniyyət sahəsində əməkdaşlığına dair əsas tədbirlər” layihəsinin təyin edilmiş qaydalar üzrə Birlik hökumətləri rəhbərlərinə təqdim edilməsi planlaşdırılır.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri