14 
Yan
2015
12:25
10
98
8988
Virtual karabakh

Azərbaycanın əməkdar artisti infarkt keçirib – FOTO

14 Yan, 2015
12:25
8988

Azərbaycanın əməkdar artisti infarkt keçirib – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Görək necə olur”.

Azərbaycanın əməkdar artisti Eldəniz Rəsulov infarkt keçirib.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Eldəniz Rəsulovun özü məlumat verib:

“Ürək ağrılarım var idi, həkimə müraciət etdim, məlum oldu ki, ikinci dəfə infarkt keçirmişəm. Mərkəzi Neftçilər Xəstəxanasında müalicə aldım, indi evdə müalicələrim davam edir. Səhhətim hələlik normaldır, dərmanları qəbul edim, görək necə olur”.

E.Rəsulov əlavə edib ki, bir müddətdən sonra əməliyyata ehtiyac yarana bilər: “Həkimlər dedilər ki, müalicənin nəticəsindən asılı olaraq, əməliyyata ehtiyac ola bilər”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri