21 
Yan
2015
09:18
3
12
1734
Virtual karabakh

Azərbaycanın tanınmış rejissoru vəfat etdi

21 Yan, 2015
09:18
1734

Azərbaycanın tanınmış rejissoru vəfat etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kinematoqrafçılar İttifaqından məlumat verilib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Azərbaycanın tanınmış kinorejissoru, aktyoru və ssenaristi Hafiz Fətullayev dünən 70 yaşında vəfat edib. 

Oxu.Az xəbər verir ki, bu barədə Kinematoqrafçılar İttifaqından məlumat verilib.

Qeyd edək ki, H.Fətullayev 24 fevral 1944-cü ildə Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirdikdən (1970) sonra Azərbaycan Dövlət Dram Teatrında işləyib.

1977-1990-cı illərdə Azərbaycan Dövlət Televiziyasında işləyib. 1991-ci ildən “Rimur” müstəqil kinokompaniyasının rəhbəri idi.

H.Fətullayev “Qırmızı qatar” və “Müqəddəs odda yanaram” (G.Əzimzadə ilə birgə) filmlərinin quruluşçu rejissorudur.(Trend)

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri