21 
Yan
2015
15:55
23
185
17177
Virtual karabakh

“Moşu”nu işdən qovdular

21 Yan, 2015
15:55
17177

“Moşu”nu işdən qovdular

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Heç olmasa, ölülər bölümündə adımızı salsınlar”.

Ömrünün 45 ilini sənətə həsr edən, səhnəmizin “Moşusu”, xalq artisti Valeh Kərimov Sumqayıt Dram Teatrından uzaqlaşdırılıb.

Oxu.Az Aznews.az-a istinadən xəbər verir ki, aktyor “168 saat”a bildirib ki, onun bu şəkildə teatrdan uzaqlaşdırılması ağlından belə keçməzdi: “Bu gün Sumqayıt teatrında yeganə xalq artisti mən qalmışdım. Məni də çıxardıb atdılar. 

O gündən özümə gələ bilmirəm. Yaşıma görə çıxarılacağımı düşünürdüm. Ancaq buna baxmayaraq, müqavilə əsasında işləyəcəyimi zənn edirdim. Onu da etmədilər. İnanmırdım ki, mənimlə belə qurtara, sağollaşa bilərdilər. Bu, mənə çox ağır gəldi. Açığı bu xəbər mənə daha pis təsir etdi. Yəqin ki, bu gedişlə teatrdakı şəklimi də çıxardıb atarlar”.

V.Kərimov teatrdan vaxtsız çıxarılan aktyorlar üçün maraqlı bir təklif səsləndirib: “Təklif edirəm ki, bir ölülər bölümü yaratsınlar. Heç olmasa, ora adımızı salsınlar”.

Sumqayıt Dram Teatrının direktor müavini Vidadi Məmmədov Valeh Kərimovun teatrdan çıxarılmasını belə izah edib: 

“70 yaşına kimi Valeh müəllimi ştatda saxlaya bildik. Qanun var. Qanun yol vermir ki, 70 yaşdan sonra aktyoru teatrda əmək kitabçası ilə saxlaya bilək, amma Valeh Kərimovu biz teatrdan çıxarmamışıq. Müqavilə yolu ilə onu rollara dəvət edəcəyik. Tamaşalarını gəlib oynayacaq. Biz bilmirik ki, o, nə yazıb. Biz onu bu yaşdan sonra teatrda saxlaya bilməzdik”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri