11 
Fev
2015
13:06
10
0
960
Virtual karabakh

“Sotheby's” hərracında azərbaycanlı rəssamın əsəri sərgilənəcək

11 Fev, 2015
13:06
960

“Sotheby's” hərracında azərbaycanlı rəssamın əsəri sərgilənəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Burada “Tanrının anası” əsəri nümayiş olunacaq.

Məşhur “Sotheby's” hərracında tanınmış azərbaycanlı rəssam, milli mədəniyyətdə nonkonformizmin banilərindən biri Cavad Mircavadovun əsəri sərgilənəcək.

Oxu.Az xəbər verir ki, sərgi fevralın 16-19-da Londonda ikinci Beynəlxalq "Buta" Azərbaycan İncəsənəti Festivalı çərçivəsində keçiriləcək. Burada C.Mircavadovun “Tanrının anası” (Mother of God, 1987) əsəri nümayiş olunacaq.

Qeyd edək ki, Azərbaycan incəsənət tarixində müasir istiqamətin banisi kimi tanınan Cavad Mircavadov 1923-cü ildə Bakıda anadan olub. 1949-54-cü illərdə Sankt-Peterburqda yaşayıb, Dövlət Ermitajında fəhlə kimi çalışıb. Onun ilk rəngkarlıq əsəri 1967-ci ilə aid edilir. Cavad Mircavadovun yaradıcılığı formaca müasirliyə, məzmunca milli incəsənətin ənənələrinə əsaslanır. Rəssam 1992-ci il iyunun 24-də Kopenhagen-Moskva qatarında vəfat edib (buro247.az).

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri