18 
Fev
2015
19:42
131
13
2798
Virtual karabakh

Lukaşenko azərbaycanlı şairi təltif etdi - YENİLƏNİB + FOTO

18 Fev, 2015
19:42
2798

Lukaşenko azərbaycanlı şairi təltif etdi - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident fərman imzaladı.

Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın əməkdar incəsənət xadimi, tanınmış şair və tərcüməçi Çingiz Əlioğlunun “Fransisk Skorina” medalı ilə təltif olunması barədə fərman imzalayıb. 

Mədəniyyət və Turizm Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Ç.Əlioğlu bu mükafata iki ölkə arasında mədəni və humanitar əlaqələrin inkişafına, Belarus mədəniyyətinin və ədəbiyyatının təbliğinə, informasiya və mətbuat sahəsində beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə sanballı töhfəsinə görə layiq görülüb.

17.02.2015 14:35

Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlunu Fransisk Skorina medalı ilə təltif edib. 

Oxu.Az Belarus KİV-nə istinadən xəbər verir ki, dövlət başçısı müvafiq fərmanı fevralın 16-da imzalayıb. 

Çingiz Əlioğlu bu mükafata mədəni-humanitar əlaqələrin inkişafına verdiyi əhəmiyyətli töhvələr, Belarus mədəniyyəti və ədəbiyyatının təbliği, nəşr sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirməsinə görə layiq görülüb. 

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri