22 
Okt
2013
15:05
27
1
1570
Virtual karabakh

“Arşın mal alan”-ın 100 illiyi qeyd olunacaq

22 Okt, 2013
15:05
1570

“Arşın mal alan”-ın 100 illiyi qeyd olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Operetta 60-dan artıq dilə tərcümə olunub.

Oktyabrın 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının 100 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, konsertdə Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənəcək.

Orkestrə Xalq Artisti, professor Ağaverdi Paşayev dirijorluq edəcək.

Cari ildə UNESCO-nun Baş Konfransının qərarı ilə dünya musiqi sənətinin ən populyar nümunələrindən biri olan “Arşın mal alan”ın 100 illik yubileyi beynəlxalq miqyasda qeyd edilir.

Altmışdan artıq dilə tərcümə olunmuş bu operetta Çində, Çexiyada, Bolqarıstanda, ABŞ-da səhnələşdirilib.

1913-cü il oktyabrın 25-də Bakıdakı Tağıyev Teatrında ilk dəfə səhnələşdirilən “Arşın mal alan” operettasının rejissoru Hüseyn Ərəblinski olub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri