17 
Fev
2015
20:10
25
1
924
Virtual karabakh

Moskvada “Xocalı rekviyemi” adlı Azərbaycan muğamı, etno və caz gecəsi keçiriləcək

17 Fev, 2015
20:10
924

Moskvada “Xocalı rekviyemi” adlı Azərbaycan muğamı, etno və caz gecəsi keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tədbirdə “Müharibəyə yox” adlı rəsm sərgisi də təşkil olunacaq.

Fevralın 27-də Rusiya paytaxtında “Xocalı rekviyemi” adlı Azərbaycan muğamı, etno və caz gecəsi keçiriləcək.

Oxu.Az-ın APA-ya istindla məlumatına görə, tədbir Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət” beynəlxalq informasiya kampaniyası çərçivəsində baş tutacaq.

Tədbirdə Azərbaycan və Rusiyadan olan uşaqların əl işlərindən ibarət “Müharibəyə yox” adlı rəsm sərgisi də təşkil olunacaq.

“Xocalı rekviyemi” adlı gecədə Azərbaycanın xalq artistləri Fərhad Bədəlbəyli, Alim Qasımov, əməkdar artistlər Fərqanə Qasımova, Raina Sultanova və digərləri çıxış edəcəklər. Tədbir Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Azərbaycanın Rusiyadakı səfirliyi, Rusiya Azərbaycanlı Gənclər Birliyi və Ümumrusiya Azərbaycan Konqresinin təşkilatçılığı ilə keçiriləcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri