17 
Fev
2015
21:51
90
8
5217
Virtual karabakh

Leyla Əliyeva növbəti şeirini təqdim etdi

17 Fev, 2015
21:51
5217

Leyla Əliyeva növbəti şeirini təqdim etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sən elə gözəlsən ki…”

Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. 

Oxu.Az “Sən elə gözəlsən ki…” adlı şeiri oxucuların ixtiyarına verir.

Sən elə gözəlsən ki... 
Almaz qaşlı üzük tək 
İşıq saçır gözlərin... 
Sən elə gözəlsən ki... 
Can alır gözəlliyin... 
De, insan da bu qədər, 
Gözəl olar, ay mələk?!. 

Ağlı başdan çıxarır, 
Ruhu yandırıb yaxır 
Alovlu baxışların... 
Bir az insafın olsun, 
Lap itirdim özümü... - 
Sən olmasan, neynirəm? – 
Fərqi yoxdur mənimçün 
dan ağarsın, şər düşsün... 

Qış kəsdirib qapını, 
görən yoxsa ki, payız? 
Vallah, heç fərqi yoxdur – 
Hamısı mənə əziz... 
Taleyimsə əl çəkmir: 
Axı, nə istəyirsən? 
Cavab verirəm: - Heç nə. 
Bircə zəng etsin mənə. 

İnan, səsin gələndə 
Ürəyim də döyünmür. 
Sən güləndə elə bil 
zaman susquya dalır... 
Telefonsa zəng çalmır... 
Susur, elə hey susur... 
İntizardan nəfəsim 
Kəsilir, buza dönür...

Sən elə gözəlsən ki... 
Gözəlsən deməyimə 
bəlkə milyon səbəb var; 
Bunu sən də bilirsən. 
Sən hər şeydə gözəllik 
Arayırsan, görürsən... 
Sənçün ölümə məhkum 
ən qəddar insan belə 
Sevimlidir sevimli... 

Yaxşı anlayıram mən... 
Sən heç vaxt, heç bir zaman 
Mənim olmayacaqsan... 
Kimlərinsə üzünə, 
Səndən əl çəkirəm mən!.. 
Amma bir xahişim var: 
Yazığın gəlsin mənə - 
Təkcə xəyallarından, 
Arzu-diləklərindən 
Silmə məni, əzizim... 
SƏN ELƏ GÖZƏLSƏN Kİ...

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri