18 
Fev
2015
18:40
15
63
2872
Virtual karabakh

Əbülfəs Qarayev dağıstanlı nazirə: Mən çox məyus oldum

18 Fev, 2015
18:40
2872

Əbülfəs Qarayev dağıstanlı nazirə: Mən çox məyus oldum

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Öhdəliklərimizdən qaçan deyilik”.

Dağıstanın mədəniyyət naziri Zarema Butayeva 16-17 fevral tarixində Azərbaycana səfəri çərçivəsində azərbaycanlı həmkarı Əbülfəs Qarayevlə görüşdə Dərbənddə Azərbaycan teatrının tikintisi məsələsini müzakirə edib. 

Oxu.Az “RİA Dağıstan” agentliyinə istinadən xəbər verir ki, Zarema Butayeva bildirib ki, Dağıstan rəhbəri Ramazan Abdulatipov mədəniyyətə böyük diqqət verir və xüsusən də Azərbaycanla mədəni əlaqələri inkişaf etdirmək istəyir. 

Butayeva Dərbənddə Azərbaycan teatrının tikintisi məsələsinə də toxunub. 

Əbülfəs Qarayev öz növbəsində deyib ki, Azərbaycan teatrın tikintisində maraqlıdır. 

“Teatrın hazırkı vəziyyətini görəndə, mən çox məyus oldum. Bizim indi gördüyümüz bina teatr binasına oxşamır. Buna görə də hər şeyi başdan tikmək lazımdır, yeni və müasir layihə işləmək lazımdır. 

Biz, teatrın tikintisində maraqlıyıq. Belə ki, teatr Dağıstanda Azərbaycan mədəniyyətinin bir hissəsi olacaq”, - Qarayev qeyd edib. 

O, bildirib ki, qısa vaxt ərzində layihə işlənməli və tikintiyə başlanmalıdır:

“Biz bu teatrı tikməliyik və öz öhdəliklərimizdən heç yerə qaçmırıq. Tikitni işlərinin Dərbəndin 2000 illiyinin qeyd olunduğu ildə başlayacağı xüsusilə xoşdur”, - nazir deyib. 

Qarayev həmçinin söz verib ki, teatra yaxşı rejissor göndərəck və o, iş prosesini bərpa edəcək. 

www.oxu.az  

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri