Mar
2015
11:11
148
13
7724
Virtual karabakh

Ağaxan Abdullayev: Mən ölməmişəm!

2 Mar, 2015
11:11
7724

Ağaxan Abdullayev: Mən ölməmişəm!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Allah onların cəzasını versin”.

Dünən gecə Azərbaycanın internet saytlarının birində tanınmış muğam ustası Ağaxan Abdullayevin dünyasını dəyişməsi haqda xəbər yayılıb.
 
Yalandan yayılan bu xəbər Xalq artistinin özü və yaxınları tərəfindən birmənalı qarşılanmayıb.
 
Oxu.Az xəbər verir ki, aznews.az-a açıqlamasında Ağaxan Abdullayev səhhətində heç bir problem olmadığını bildirib:
 
“Allaha çox şükürlər olsun ki, mən çox yaxşıyam. Ölüm xəbərini isə kimin yaydığını bilmirəm”.
 
A.Abdullayev əlavə edib ki, insanların hissləri ilə oynamaq düzgün deyil: “Allah belə insanların cəzasını versin. Diri adamı öldürürlər. Bunu cılız insanlar edib. Ağıllı, ziyalı adamlar belə iş görməz”.
 
Xatırladaq ki, tanınmış muğam ustası Ağaxan Abdullayevin dünyasını dəyişməsi barədə xəbəri “İnterpress.az” saytı yayıb. Məlumatda qeyd edilib ki, xanəndə guya xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri