Mar
2015
14:53
122
57
3060
Virtual karabakh

Leyla Əliyeva Üzeyir Hacıbəylinin tamaşasını izlədi – FOTO

2 Mar, 2015
14:53
3060

Leyla Əliyeva Üzeyir Hacıbəylinin tamaşasını izlədi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qonaqlar Əbülfəs Qarayev, Anar Ələkbərov və başqaları olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının təsisçisi və baş redaktoru Leyla Əliyeva 1 mart tarixində Azərbaycan Dövlət Musiqili Teatrında dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasını izləyib. 

Oxu.Az xəbər verir ki, Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Modern.az-a bildirib ki, tamaşanı izləyən qonaqlar arasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov və başqaları da olub. 

Mötəbər qonaqlar Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevə yüksək səviyyədə keçən tamaşadan razı qaldıqlarını, belə uğurlu səhnə əsərlərinin teatr sənətimizin inkişafına, ümumilikdə, Azərbaycan mədəniyyətinə töhfə olduğunu bildiriblər. 

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli, Cənnət Səlimovadır. Tamaşada Xalq artisti Afaq Bəşirqızı, Əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Elvin Əliyev, Əzizağa Əzizov, Əliməmməd Novruzov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları çıxış ediblər.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri