16 
Mar
2015
22:26
96
18
4324
Virtual karabakh

Leyla Əliyevadan növbəti şeir

16 Mar, 2015
22:26
4324

Leyla Əliyevadan növbəti şeir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Heç vaxt yalqız deyilsən”.

Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. 

Oxu.Az “Heç vaxt yalqız deyilsən” adlı şeiri oxucuların ixtiyarına verir.

Gecələr Günəş səndən
üz çevirib gedəndə.
Ay da sənə naz satıb
buludlarla bağlayıb 
üzünü gizləyəndə...
Köksündəcə qəlbinə
yol tapmağa çalışan
bir kədər duyacaqsan...
Yalqız olmadığına
onda inanacaqsan...

Ad gününü dostların
unudub, anmayanda.
Gözündən düşmənlərin 
nifrət, ədavət və kin
silinəndə, 
                 yox olanda.
Nəyə gərək ucadan,
gur səslə şeir demək? –
Onsuz da qəlbdən-qəlbə
yollar uzanır, mələk...

Olanları, keçmişi
tufanlar, dəli ruzgar
sovurub aparanda...
Ən kiçik anları da
yaddaşdan sıyıranda...
Qar əriyib, vüsala
bənzəyən göz yaşıyla
yazla vidalaşanda...
Sən bundan təsəlli tap,
təsəlliyçün nə dağa,
nə də ki, daşa düşmə...

Tutaq ki, tək-tənhasan,
bu kiçik planetdə -
döngələr arasında,
yolların tıxacında...
Lap bu fani dünyada
tək olsan da, lap tənha...
Heç nədən hürküb qorxma.
Çünki başının üstdə,
Allahın var o boyda!..

Rus dilindən çevirəni: Mahir Qabiloğlu

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri