18 
Mar
2015
14:29
5
2
1353
Virtual karabakh

IV Beynəlxalq muğam müsabiqəsinə yekun vurulub - FOTO

18 Mar, 2015
14:29
1353

IV Beynəlxalq muğam müsabiqəsinə yekun vurulub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu dəfə müsabiqədə “Qran-pri” olmayıb.

Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən keçirilən “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində Azərbaycan Milli Konservatoriyasında təşkil olunmuş IV Beynəlxalq muğam müsabiqəsinə martın 17-də yekun vurulub.

Heydər Əliyev Fondundan Oxu.Az-a verilən məlumata görə, solo muğam ifaçılığı üzrə 1-ci, 2-ci və 3-cü yerlərə iki nəfər, instrumental muğam ifaçılığı üzrə 1-ci və 3-cü yerlərə bir, 2-ci yerə isə 2 nəfər layiq görülüblər. Üç iştirakçı müsabiqənin xüsusi mükafatı ilə təltif olunub. Bu dəfə müsabiqədə “Qran-pri” olmayıb.

Müsabiqədə Azərbaycan, Türkiyə, İordaniya, Latviya, İran, İraq, Özbəkistan, Tacikistan və Çindən musiqiçilər iştirak ediblər. İfaçıları Azərbaycanın xalq artisti Siyavuş Kəriminin sədrliyi ilə beynəlmiləl tərkibli münsiflər heyəti qiymətləndirib.

Müsabiqənin qalibləri martın 18-də “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının bağlanış mərasimində mükafatlandırılacaq və onların iştirakı ilə qala-konsert keçiriləcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri