18 
Mar
2015
14:37
5
3
1563
Virtual karabakh

İncəsənət ustalarımız dünya ölkələrində təşkil olunacaq Novruz şənliklərinə qatılacaqlar

18 Mar, 2015
14:37
1563

İncəsənət ustalarımız dünya ölkələrində təşkil olunacaq Novruz şənliklərinə qatılacaqlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tədbirlərdə türkdilli respublikaların rəsmi və bədii heyətləri iştirak edəcəklər.

UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmiş və 2010-cu ildə BMT Baş Assambleyası tərəfindən beynəlxalq status verilmiş Novruz hazırda dünya bayramı kimi qeyd edilir.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, TÜRKSOY təşkilatının təşəbbüsü ilə martın 21-22-də Ankarada, 24-25-də Parisdə, UNESCO-nun Baş Qərargahında, 26-da Kölndə, 28-də isə Vyanada Novruzla bağlı şənliklər təşkil olunacaq. Tədbirlərdə türkdilli respublikaların rəsmi və bədii heyətləri iştirak edəcəklər.

Böyük siyasi və mədəni əhəmiyyəti olan Novruz şənliklərində nazirliyin şöbəsinin müdiri Fikrət Babayevin rəhbərliyi ilə “Cəngi” estrada-folklor ansamblı və aşıq Əli Quliyev iştirak edəcəklər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri