18 
Mar
2015
17:35
13
4
880
Virtual karabakh

Vaqif Mustafazadənin 75 illik yubileyinə həsr olunmuş konsert keçirilib - FOTO

18 Mar, 2015
17:35
880

Vaqif Mustafazadənin 75 illik yubileyinə həsr olunmuş konsert keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tədbirdə dahi musiqiçinin həyat və yaradıcılığından danışılıb.

Bakı şəhər Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin təşkilatçılığı ilə R.Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycanın əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin 75 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, tədbirdə dahi musiqiçi Vaqif Mustafazadənin həyat və yaradıcılığından danışılıb, onun Azərbaycanda caz musiqisinin inkişafındakı böyük rolu qeyd edilib.

Konsert proqramında A.Süleymanbəylinin rəhbərliyi altında məktəbin müəllim və şagirdlərinin ifalarında Vaqif Mustafazadənin, Rauf Hacıyevin, Tofiq Quliyevin, Əlibaba Məmmədovun caz üslubunda oranjiman edilmiş əsərləri, habelə qərbin klassik və caz musiqisi səsləndirilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri