25 
Mar
2015
10:57
13
1
1220
Virtual karabakh

Serbiya mətbuatı “Yanardağ”dan yazdı - FOTO

25 Mar, 2015
10:57
1220

Serbiya mətbuatı “Yanardağ”dan yazdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın “Odlar yurdu” adlanmasının heç də təsadüfi deyil.

Serbiyanın “Vesti online” informasiya portalında “Yanardağ”la bağlı məqalə və video yerləşdirilib.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, yazıda qeyd olunur ki, “Yanardağ” Azərbaycanın paytaxtı Bakıdan 25 kilometr məsafədə, Abşeron yarımadasında yerləşir. Dağın ətəyində təbii qazın çıxması nəticəsində 3 metrədək alovlanan bu təbiət abidəsi bura gələnlərin marağına səbəb olur. Palçıq vulkanlarından fərqli olaraq, Yanardağda alov həmişə yanır, çünki, bu dövri deyil.

“Yanardağ”ın qeyri-adi xüsusiyyətlərindən ətraflı bəhs olunan məqalədə bildirilir ki, dayanmadan yanmağa davam edən bu fərqli məkan zəngin enerji ehtiyatlarına malik Azərbaycanın “Odlar yurdu” adlanmasının heç də təsadüfi olmadığını göstərir.

Yazıda vurğulanır ki, “Yanardağ” yerin alt təbəqəsində mövcud olan təbii qaz və neft ehtiyatlarının təsiri ilə meydana gələn alovlanma prosesinin nəticəsidir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri