30 
Mar
2015
11:59
50
28
1789
Virtual karabakh

Nikita Mixalkov Bakıya gəlir

30 Mar, 2015
11:59
1789

Nikita Mixalkov Bakıya gəlir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ustad dərsi də təşkil olunacaq.

Martın 31-də Rusiya Kinematoqrafçılar İttifaqının sədri və Rusiya Mədəniyyət Fondunun prezidenti, kinorejissor Nikita Mixalkov Bakıya səfərə gələcək.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, qısamüddətli səfər zamanı Mixalkov azərbaycanlı həmkarları ilə görüşəcək, ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında müzakirələr aparacaq.

Səfər çərçivəsində rejissorun gənc kinematoqrafçılar üçün ustad dərsi də təşkil olunacaq.

Qeyd edək ki, “Oskar” mükafatı laureatı Nikita Mixalkov “Beş gecə”, “Piano üçün yarımçıq qalmış pyes” “Oblomovun həyatından bir neçə gün”, “Şahidlərsiz”, “Qara gözlər”, “Urqa”, “Günəşdən usanmışlar”, “Sibir bərbəri”, “12”, “Günvurma” və bir çox başqa filmlərin müəllifi, Kann, Venesiya kimi kino festivallarının qalibidir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri