Apr
2015
10:13
5
0
1040
Virtual karabakh

Gənclərin III Ümumrespublika Teatr Festivalının açılışı olub

1 Apr, 2015
10:13
1040

Gənclərin III Ümumrespublika Teatr Festivalının açılışı olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qaliblər aprelin 2-də müəyyənləşəcəklər.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (ADGTT) gənclərin III Ümumrespublika Teatr Festivalının sonuncu mərhələsinin açılış mərasimi keçirilib.

Oxu.Az AZƏRTAC-a istinadla bildirir ki, açılışda çıxış edən ADGTT-nin direktoru, ASSİTEJ – Azərbaycan Milli Mərkəzinin prezidenti, əməkdar artist Mübariz Həmidov qonaqları və festival iştirakçılarını salamlayaraq, üçüncü dəfə keçirilən festivalın məqsəd və məramı haqqında məlumat verib, belə festivalların gənclərdə teatra olan marağı artırmaq, istedadlı gəncləri teatra cəlb etmək məqsədi daşıdığını qeyd edib. Daha sonra M.Həmidov festivalın ideya müəllifi, Milli Məclisin deputatı Jalə Əliyevanın təbrikini festival iştirakçılarına çatdırıb.

Gənclər və İdman, Mədəniyyət və Turizm nazirlikləri, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, ASSİTEJ – Azərbaycan Milli Mərkəzinin yaxından dəstəyi ilə keçirilən festivala 2 il ərzində 250-yə yaxın istedadlı gənc qoşulub.

2014-cü il oktyabrın 1-dən start götürən festival çərçivəsində iştirakçılar möhtəşəm ART – kampında iştirak edərək, ölkənin ən tanınmış incəsənət və mədəniyyət xadimlərindən ustad dərsləri almaq imkanı əldə ediblər.

Ümumilikdə, 12 yaradıcı komandanın iştirak edəcəyi festivalda 8 peşəkar və həvəskar teatr kollektivi, eləcə də Şamaxı, Ucar, İmişli, Naxçıvanı təmsil edən 4 truppa 3 gün ərzində 12 tamaşa ilə Gənc Tamaşaçılar Teatrında çıxış edəcək.

Hazırlanan tamaşaların mövzusu sırf narkomaniya düşkünlüyünə, narkotikin qanunsuz satışına etiraz ruhuna köklənib. Elə buna görə də festivalın devizi məhz “NARKOSTOP” seçilib.

Festivalın münsiflər heyətinin tərkibinə xalq artisti Ramiz Novruzov, əməkdar artistlər Sənubər İsgəndərli, Hüsniyyə Mürvətova, Nicat Kazımov, əməkdar incəsənət xadimi Əbdül Mahmudov daxildir.

Qeyd edək ki, qaliblər festivalın son günü – aprelin 2-də müəyyənləşəcəklər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri