20 
Apr
2015
12:39
6
2
1439
Virtual karabakh

2015-ci ildə Azərbaycanda 4 film hazır olacaq

20 Apr, 2015
12:39
1439

2015-ci ildə Azərbaycanda 4 film hazır olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Filmlərin çəkilişləri hələ də davam edir.

Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə bu il Azərbaycanda bir neçə irimetrajlı filmin çəkilişi tamamlanacaq.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, bundan əlavə, 2015-ci ildə daha bir neçə filmin çəkilişinə start veriləcək. Qeyd edək ki, nazirliyin xətti ilə hasil olacaq filmlərin çəkilişləri hələ də davam edir.

“2015-ci ildə çəkilişləri davam edən və bu il ekranlara çıxacaq filmlər bunlardır:

1) “Əsgərin şücaəti” - ssenari müəllifi Yavər Rzayev, Konstantin Vorobyov, quruluşcu rejissoru Elxan Cəfərovdur. Filmdə Qarabağ müharibəsi ilə İkinci Dünya Müharibəsində baş verən hadisələr sintez edilib.

2) “Qırmızı bağ” - Azərbaycan və Rusiyanın birgə çəkdiyi filmdir. Rejissoru və ssenari müəllifi Mirbala Səlimlidir. Bu filmin çəkilişləri də bu il başa çatdırılacaq.

3) Hazırda istehsalına başlanan isə “Dünyanı sənlə anlamaq” filmidir. Ssenari müəllifi İmir Məmmədli, quruluşçu rejissor Mirsadıq Ağazadədir. Lirik komediya janrında olacaq. Azərbaycanlı gənclə gürcü qızının çox qəribə şəkildə cərəyan edən sevgi münasibətlərindən bəhs edir.

4) Yavər Rzayev Çingiz Abdullayevlə birgə yazdığı ssenari əsasında “Xeyirlə şərin rəqsi” adlı dedektiv filmin çəkilişinə başlayıb. Çingiz Abdullayevin məşhur Dronqo romanlarından biri – “Quba kapriççosu” əsasında çəkiləcək.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri