21 
Apr
2015
10:21
65
10
1382
Virtual karabakh

Heydər Əliyevin anım gününə həsr olunan ədəbi-bədii tədbir keçirildi – FOTO

21 Apr, 2015
10:21
1382

Heydər Əliyevin anım gününə həsr olunan ədəbi-bədii tədbir keçirildi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Həmişəyaşar Lider - 92”.

 Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunan ədəbi-bədii tədbir keçirilib.

Oxu.Az xəbər verir ki, Nəsimi rayonu 211 saylı orta məktəbin ədəbiyyat müəlliməsi Kəmalə Əzimzadənin təşəbbüsü ilə keçirilən “Həmişəyaşar Lider-92” adlı ədəbi-bədii tədbirdə tanınmış azərbaycanlı milyonçusu və xeyriyyəçisi Ağa Musa Nağıyevin nəvəsi, ictimai xadim Dilarə Nağıyeva, “Qızıl Buta” jurnalının icraçı direktoru Hacı Rasim, jurnalist Fuad Mədətov və başqa qonaqlar iştirak ediblər.

Tədbir maraqlı anlarıyla diqqət çəkib. Belə ki, K.Əzimzadənin bu ildən dərs dediyi 6 və 10-cu sinif şagirdlərin səhnələşdirdiyi kiçik həcmli tamaşalar qonaqlara duyğusal anlar yaşadıb.

Tədbirin sonunda söz qonaqlara verilib. Qonaqlar Ümummilli lideri Heydər Əliyev ənənələrini yaşatdığı üçün Kəmalə Əzimzadəyə və onun dərs dediyi şagirdlərə minnətdarlığını bildiriblər.

Həmçinin ictimai xadim Dilarə Nağıyeva Ulu öndər Heydər Əliyevin anım gününü yüksək səviyyədə təşkilinə görə K.Əzimzadəyə “Ağa Musa Nağıyev – 2015” fəxri diplomunu təqdim edib.

Məlumat üçün bildirək ki, K.Əzimzadə dövri-mətbuatda yazı üslubu ilə seçilir, məqalələri ilə oxucu və tələbələrin böyük rəğbətini qazanır, bütün varlığı  ilə Heydər Əliyev ənənələrini yaşadır, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ideologiyasını dəstəkləyir.

O, 2003-cü ildə “İlin müəllimi”, 2012-ci ildə “Qızıl qələm” mükafatı laureyatı və 2015-ci ildə Ümummilli lider Heydər Əliyev ənənələrini gənc nəsilə aşıladığına, müasir dövlətə və dövlətçiliyə böyük xidmət göstərdiyinə görə “Qızıl Buta” fəxri diplomuna layiq görülüb.

Aytən Sadıqzadə

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri