24 
Apr
2015
15:27
84
60
9557
Virtual karabakh

Tövbə edən əxlaqsız qadın layihəsi - FOTO

24 Apr, 2015
15:27
9557

Tövbə edən əxlaqsız qadın layihəsi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı rəssamdan art-layihə.

Azərbaycanlı rəssam Royal Paşayev (az-ya) sosial mövzuya toxunan art-layihə yaradıb. Maqdalena adlı layihə özündə incil personajı - tövbə edən əxlaqsız qadını əks etdirir.

Oxu.Az-ın buro247.az-a istinadən verdiyi məlumata görə, layihə Mariya Maqdalena - əxlaqsızlıq yolu ilə pul qazanan, İsa Məsihi gördükdən sonra isə öz peşəsini atan və onun ardınca gedən günahkar qadın barədədir. 

Nəticədə İsa Maqdalenanı qəbul edir, ancaq onu əhatə edən insanlar bununla razılaşmır. O zaman İsa Məsih "İlk daşı günahsız olan atsın" deyir. 

Rəssam öz incəsənətini ifadə etmək üçün layihədə 20-ci əsrin 50-60-cı illərində hakim olan pop-art təmsilçilərinin təsviri incəsənət istiqamətini və stilini seçib. Hazırda Royal Paşayev ABŞ-da, Texas ştatının Ostin şəhərində yaşayır və Amerikanın bir neçə şəhərində sərgilərə hazırlaşır.

Madonna Maqdalena

Monika Maqdalena


İqqi Maqdalena


Mayli Maqdalena


Rihanna Maqdalena


Kara Maqdalena


Konçita Maqdalena


Mila Maqdalena


Skarlett Maqdalena


Emi Maqdalena

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri