24 
Apr
2015
23:10
116
98
6168
Virtual karabakh

Leyla Əliyeva film təqdimatında - FOTO

24 Apr, 2015
23:10
6168

Leyla Əliyeva film təqdimatında - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərasim “Nizami” Kino Mərkəzində təşkil edilib.

“Nizami” Kino Mərkəzində IDEA İctimai Birliyinin xüsusi layihəsi olan “Azərbaycanın 9 möcüzəsi” silsiləsindən “Quşlar cənnəti - Ağgöl Milli Parkı” sənədli filminin təqdimat mərasimi keçirilib. 

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva təqdimat mərasimində iştirak edib.

Filmin təqdimatından əvvəl Leyla Əliyeva filmin rejissoru İqor Bışnyovun çəkilişlər zamanı lentə aldığı fotolardan ibarət sərgi ilə tanış olub.

Sonra “Quşlar cənnəti - Ağgöl Milli Parkı” sənədli filmi nümayiş olunub. Bir saata yaxın davam edən filmdə Ağgöl Milli Parkında məskən salan quşlar, habelə digər heyvan növləri, buranın təbii şəraiti hərtərəfli əksini tapıb. 

Filmdə, həmçinin Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun dəstəyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsinə dair kadrlar da yer alıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri