27 
Apr
2015
10:18
6
2
914
Virtual karabakh

İki azərbaycanlı “Qızıl alma” mükafatına layiq görüldü

27 Apr, 2015
10:18
914

İki azərbaycanlı “Qızıl alma” mükafatına layiq görüldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mükafat TASAM tərəfindən təsis edilib.

Türk Asiya Strateji Araşdırmalar Mərkəzi (TASAM) tərəfindən təşkil edilən IV Dünya Türk Forumu çərçivəsində “Qızıl alma” ("Kızıl elma") mükafatının təqdimatı baş tutub.

Diasporlarla İş üzrə Dövlət Komitəsindən Oxu.Az-a verilən məlumata görə, doqquz nominasiya üzrə ikinci dəfə təqdim edilən mükafatın "sənət" kateqoriyası üzrə laureatları Azərbaycandan müğənni Azərin və Qazaxıstandan musiqiçi, bəstəkar, qopuz ifaçısı Arslanbek Sultanbekov olub. Onlar türk dünyasının mədəniyyətinə verdiyi töhfələrə görə bu mükafata layiq görülüblər.

Mükafatın elm kateqoriyası üzrə isə yenə Azərbaycandan Bakı Dövlət Universitetinin "Türk xalqları ədəbiyyatı" kafedrasının müdiri Ramiz Əsgər layiq görülüb. Bu nominasiya üzrə eyni vaxtda daha beş nəfər - Qazaxıstandan Temirxan Tebegenov, Qırğızıstandan Gülzara Cumakunova, Özbəkistandan Zöhrəddin İsaməddinov, Türkmənistandan Berdi Sarıyev görkəmli qırğız mütəfəkkiri Toktoqulun "Şeirə, nəğməyə çevrilən ömür" kitabının Azərbaycan, qazax, türk, özbək, türkmən dillərinə tərcümə etdikləri üçün layiq görülüblər.

Xatırladaq ki, “Qızıl alma” mükafatı 2013-cü ildə İstanbulda keçirilən II Dünya Türk Forumunda TASAM tərəfindən təsis edilib. Mükafat türk dünyasının iqtisadiyyat, mədəniyyət, incəsənət, elm, texnologiya, diplomatiya və digər sahələrinə töhfə verən şəxslərə təqdim edilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri