27 
Apr
2015
10:59
8
1
892
Virtual karabakh

VI Qara Qarayev Beynəlxalq müasir musiqi festivalı Euronews kanalında - VİDEO

27 Apr, 2015
10:59
892

VI Qara Qarayev Beynəlxalq müasir musiqi festivalı Euronews kanalında - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Festival hər iki ildən bir keçirilir.

20-24 aprel 2015-ci il tarixində Bakıda keçirilən VI Qara Qarayev Beynəlxalq müasir musiqi festivalı haqqında Euronews telekanalının “Lemag” proqramında ətraflı süjet yayımlanıb.

Oxu.Az xəbər verir ki, proqramda görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin həyat və yaradıcılığı haqqında geniş məlumat verilir, nüfuzlu Dmitri Şostakoviçin tələbəsi olması xüsusi vurğulanır.           

Bildirilir ki, bu mötəbər festival hər iki ildən bir keçirilir və müxtəlif beynəlxalq musiqi qrupları təmsil olunur. Həmçinin, “Lemag”-da Qara Qarayevin oğlu Fərəc Qarayev, festivalın iştirakçısı olan  azərbaycanlı soprano Fəridə Məmmədova və digərlərinin fikirləri yer alıb.

Sonda qeyd olunub ki, Qara Qarayev festivalı üç ildən sonra keçiriləcək və bəstəkarın 100 illik yubileyinə həsr olunacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri