28 
Apr
2015
11:50
16
3
3361
Virtual karabakh

Özbək mətbuatı “Xarı bülbül”dən yazdı - FOTO

28 Apr, 2015
11:50
3361

Özbək mətbuatı “Xarı bülbül”dən yazdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məqalədə təəssüf hissi ilə qeyd olunur ki...

Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun Özbəkistanın "uchildiz.uz" saytında "Сливающийся с историей Международный фестиваль "Хары бюльбюль"" adlı məqaləsi verilib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, məqalə müəllifi "Xarı Bülbül" Beynəlxalq festivalın adının Qarabağda "Üçmıx" dağında yetişən "Xarı bülbül" çiçəyinə həsr edildiyini qeyd edir. Müəllif vurğulayır ki, dünyada yalnız Azərbaycanda - Qarabağda bitən "Xarı bülbül" çiçəyi bülbülə bənzədiyi üçün onu bu cür adlandırmışlar. 

Festival Azərbaycanın musiqi və mədəniyyət beşiyi olan Şuşa şəhərində keçirilirdi və Şuşanın tarixi haqqında qısa məlumat verilən məqalədə Azərbaycan ərazisində Qarabağ Xanlığının hökmdarı Pənahəli xan tərəfindən əsası qoyulan Şuşada yalnız azərbaycanlılar yaşadığını yazır. 

Sitat: hər şey Azərbaycanın Şuşa şəhərinin 1992-ci il may ayının 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra məhv olur. Müharibə regiona bədbəxtlik gətirir, Azərbaycan torpaqlarının 20 faizi işğal olunur, bir milyon azərbaycanlı öz dədə-baba torpaqlarını tərk edirlər. Şuşa şəhərindəki tarixi Azərbaycan abidələri tamamilə dağıdılmış, milyonlarla insanların arzuları məhv edilmişdir. 

Məqalədə artıq tarixə qovuşmuş "Xarı bülbül" festivalı haqqında məlumat verilir, festivalın hər il may ayında təşkil olunduğu və dünyanın müxtəlif ölkələrinin musiqiçilərinin Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan, keçmiş SSRİ-nin müttəfiq respublikaları - Rusiya, Ukrayna, Belarus, Litva, Moldova, Türkmənistan, Qırğızıstan, Dağıstan, Tatarıstan, Başqırdıstan və s. ölkələrin musiqiçilərinin bu festivalda iştirak etdiyi yazılır. O yazır: bu dövrdə festival təkcə Azərbaycanda deyil, bütün dünyada nüfuzlu və rəngarəngli musiqi tədbiri sayılırdı. 

Festival çərçivəsində musiqi sahəsinin müxtəlif mövzularına, xüsusi ilə muğam sənətinə dair elmi-nəzəri müzakirələr, dəyirmi masalar keçirilir, qonaqlar Qarabağın diqqətəlayiq yerləri ilə tanış olur, əhali ilə görüşür, müxtəlif disputlarda iştirak edərlərdi. 

Müəllif yazır ki, Festivalın bütün iştirakçıları və qonaqları Şuşa Şəhərinin baş meydanında özfəaliyyət kollektivləri qarşılayardılar. 

Məqalədə təəssüf hissi ilə qeyd olunur ki, 23 ildir davam edən işğal Qarabağda "Xarı Bülbül" beynəlxalq musiqi festivalının keçirilməsinə imkan vermir və indi bu dağlarda musiqi sədaları deyil, başqa səslər ucalır. 

Dünya mədəniyyətinə, incəsənətinə böyük töhvələr vermiş dahi bəstəkar Üzeyir Hacıbəylinin, şairə Natəvanın, müğənni Bülbülün güllələnmiş heykəllərinin Şuşaya öz vətənlərinə qaytarılacağına ümid edən məqalə müəllifi işğala tezliklə son qoyulmasına, Qafqazda sülhün bərqərar olacağına, Şuşada və digər azad olunmuş Azərbaycan şəhərlərində musiqi sədalarının yüksələcəyinə inandığını bildirir. 

Məqalənin tam versiyası ilə http://uchildiz.uz saytında tanış olmaq mümkündür.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri