30 
Apr
2015
09:53
5
6
1106
Virtual karabakh

“Euronews”da “Azərbaycan həyatı” adlı silsilə verilişlər yayımlanır - VİDEO

30 Apr, 2015
09:53
1106

“Euronews”da “Azərbaycan həyatı” adlı silsilə verilişlər yayımlanır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Növbəti veriliş Göygöl şəhərinə həsr olunub.

Dünyanın bir çox ölkələrində yayımlanan nüfuzlu “Euronews” televiziya kanalı ilə əməkdaşlıq çərçivəsində fransız jurnalisti Monika Pinnanın təqdimatında “Life” verilişində Azərbaycanın müxtəlif şəhərlərinə həsr olunmuş “Azərbaycan həyatı” adlı silsilə videosüjetlər təqdim olunur.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, növbəti veriliş Göygöl şəhərinə həsr olunub. 

Verilişdə XIX əsrin birinci yarısı və XX əsrin əvvəllərinədək 200 mindən çox etnik almanın Azərbaycana köçməsindən bəhs olunur. İlk alman tayfalarının məskunlaşdıqları və xaricilər tərəfindən yaradılan ilk azərbaycan kəndi olan Helenendorfdan bəhs olunan verilişdə XX əsrdən etibarən buranın Göygöl adlandırıldığı və burada hələdə alman mədəniyyəti izlərinin təsiri qaldığı bildirilir. Hal-hazırda şəhərdə alman qalmadığını vurğulayan Monika Pinna icmanın son nümayəndəsi Viktor Klyaynın evinə səfər etmişdir. Bu evin gələcəkdə azərbaycanlı almanlara həsr ediləcək muzey olacağı bildirilib. 

Almanların əsasən şərabçılıqla məşğul olduqlarını vurğulanan verilişdə burada 1860-cı ildə ilk sənaye şərab zavodunun əsası qoyulduğu qeyd olunub. 

Verilişin sonunda növbəti buraxılışın Lahıca həsr olunacağı bildirilir. 

Qeyd edək ki, təkcə Avropa ölkələri deyil, habelə Asiya, Afrika və Amerika ölkələri daxil olmaqla dünyanın 150 ölkəsində 300 milyondan çox auditoriyaya malik olan "Euronews" kanalı aparıcı beynəlxalq xəbər kanallarından biri hesab edilir. "Euronews" kanalı ilə əməkdaşlıq çərçivəsində ölkənin turizm və mədəniyyət potensialından bəhs edən reklam çarxları yayımlanır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri