30 
Apr
2015
17:29
23
5
1930
Virtual karabakh

Səttar Bəhlulzadənin yeni portreti aşkarlandı - FOTO

30 Apr, 2015
17:29
1930

Səttar Bəhlulzadənin yeni portreti aşkarlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mavi tonlarda işlənmiş portret fərqli tərzdə icra olunub.

Xalq rəssamı Səttar Bəhlulzadənin obrazı, Səttar şəxsiyyəti bir çox rəssam və heykəltəraşları, şairləri cəlb edib. Fuad Əbdürrəhmanov, Ömər Eldarov, Elmira Şahtaxtinskaya, Tağı Tağıyev, Toğrul Nərimanbəyov, Vasiliy Necitaylo və başqa görkəmli sənətkarlar böyük rəssamın şəxsiyyətinə və sənətinə olan sevgi və ehtiramın nümunəsi kimi onun portretlərini yaradıblar.

Səttar Bəhlulzadənin ev-muzeyinin baş mühafizi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, rəssamın ailə üzvü Pərzad Abdinovanın apardığı araşdırmalar nəticəsində Özbəkistanda S.Bəhlulzadənin daha bir portreti aşkarlanıb. Rəssamın çoxsaylı portretlərindən birinin müəllifi Özbəkistan və Tatarıstanın xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı Çingiz Əhmərovdur.

Oxu.Az-ın xəbərinə görə, Səttar Bəhlulzadənin ev-muzeyindən AZƏRTAC-a bildirilib ki, 1979-cu ildə yaradılmış “Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin portreti” adlı rəsm əsəri (75 x 85 sm) hazırda Özbəkistan Bədii Akademiyasında saxlanılır.

Ç.Əhmərovun S.Bəhlulzadə ilə tanışlığı V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil aldığı illərə təsadüf edir.

Aşkar edilən rəsm əsəri Çingiz Əhmərovun çəkdiyi Səttar Bəhlulzadənin ikinci portretidir. Belə ki, əvvəllər məlum olan “Səttar Bəhlulzadə” portretində Ç.Əhmərov azərbaycanlı rəssamın profilini təsvir edib, bu zaman rəssamın əlləri və barmaqlarını önə çəkib.

Mavi tonlarda işlənmiş “Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin portreti” fərqli tərzdə icra olunub. Burada S.Bəhlulzadə gənclik illərində təsvir edilib. Portretdə diqqəti ilk cəlb edən Səttarın ifadəli iri gözləridir. Xəyala dalmış nəzərləri, oturuşu gənc rəssamın romantikliyindən, başının dikliyi, dodaqları isə xarakterinin mətinliyindən xəbər verir.

Qeyd edək ki, Səttar Bəhlulzadənin ev-muzeyi tərəfindən “Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin portreti” adlı rəsm əsərinin kətan üzərində olan eyni ölçülü surəti hazırlanıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri