May
2015
18:05
3
2
1106
Virtual karabakh

“28 Cinema”da “Xanım Çaxnaşma”

1 May, 2015
18:05
1106

“28 Cinema”da “Xanım Çaxnaşma”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

On iki illik fasilədən sonra...

7 may 2015-ci il tarixində “28 Cinema” kinoteatrında “Xanım Çaxnaşma” filminin premyerası keçiriləcək.

Oxu.Az xəbər verir ki, film rejissor Piter Boqdanoviçin on iki illik fasilədən sonra böyük kinoya çoxdan gözlənilən qayıdışını göstərən komediya lentidir. Piter Boqdanoviç “Xanım Çaxnaşma” filmində öz nümunəvi işi ilə məşhur olan aktyorlarla çox gözəl aktyor heyəti toplamağı bacarmışdır, bu heyətə Ouen Uilson, İmocen Puts, Cennifer Eniston, Kventin Tarantino, Ris İvans və  başqaları daxildir. Filmin prodüseri  - Oskar mükafatlı “Qrand Budapeşt mehmanxanası” filminin yaradıcısı olan Ues Andersondur.

“Xanım Çaxnaşma” – sözün ən yaxşı mənasında yüngül ekssentrik ünsürə malik klassik romantik komediyadır. Personajlar, vəziyyətlər və mühit baxımından tamamilə müasir olan film, 30-40 – cı illərin Hollivud komediyalarının ən nümunəvi ənənələri əsasında çəkilmişdir: həmin dövrlərə xas parlaq replikalar, qəribə (bəlkə də ağlasığmaz) vəziyyətlər və dekorasiyalar arasında bizə artıq tanış olan cazibə və incəlik film boyunca nümayiş etdirilir .

Biletləri artıq indidən kinoteatrın kassalarında, habelə kinoteatrın rəsmi saytında onlayn əldə etmək mümkündür. Seansların cədvəlləri ilə kinoteatrın rəsmi saytında www.28cinema.az tanış olmaq və ya 012 499 89 88 və 119 nömrələrinə zəng etməklə dəqiqləşdirmək mümkündür.

“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı yerləşir.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri