May
2015
10:59
18
10
1138
Virtual karabakh

Fransada Heydər Əliyevin xatirəsinə həsr olunan konsert keçiriləcək

2 May, 2015
10:59
1138

Fransada Heydər Əliyevin xatirəsinə həsr olunan konsert keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Konsertdə Azərbaycanın xalq artistinin ifasında maraqlı musiqi nömrələri səsləndiriləcək.

Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə mayın 6-da müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan konsert keçiriləcək.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, konsertdə Azərbaycanın xalq artisti, Fransa ictimaiyyətinə yaxşı tanış olan pianoçu Murad Hüseynovun ifasında maraqlı musiqi nömrələri səsləndiriləcək. O, Azərbaycan bəstəkarları Qara Qarayevin, Fikrət Əmirovun, Cövdət Hacıyevin və Xəyyam Mirzəzadənin əsərləri ilə yanaşı, fransız bəstəkarlar Qabriyel Forenin və “Xocalı-613” əsərinin müəllifi kimi azərbaycanlılara yaxşı tanış olan Pyer Tiloyun əsərlərini də ifa edəcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri