May
2015
14:54
76
28
2666
Virtual karabakh

Paytaxtımızda “Baku Pianos” layihəsi həyata keçirilir - FOTO + VİDEO

2 May, 2015
14:54
2666

Paytaxtımızda “Baku Pianos” layihəsi həyata keçirilir - FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ruhumu dindir, məni sevindir”.

“Park Bulvar” və “28 Mall” ticarət və əyləncə mərkəzlərində “Baku Pianos” layihəsi həyata keçirilir.

Oxu.Az xəbər verir ki, dünyanın 45 böyük şəhərində reallaşdırılan, müxtəlif ticarət mərkəzlərinə, park və meydanlara 1300-dən çox piano yerləşdirən “Play me, I'm Yours” layihəsi Azərbaycanda da maraqla qarşılanıb.

Layihədə istifadə olunan köhnə pianolar gənc rəssamlar tərəfindən müxtəlif kompozisiyalarla rənglənir və Bakının müxtəlif ictimai yerlərinə, ticarət mərkəzlərinə yerləşdirilir.

Pianoda çalmağı bacaran hər kəs üzərində “Ruhumu dindir, məni sevindir” şüarı yazılan bu musiqi alətlərindən birinin arxasında oturaraq ifa edə, ətrafdakı insanlar isə dinləyərək zövq ala bilərlər. Şüar kimi seçilən ifadə isə Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeirindən götürülüb.

Təşkilatçıların fikrincə, “Baku Pianos” layihəsi Birinci Avropa Oyunları ərəfəsində paytaxtımıza gələn turistlərin marağına və ümumiyyətlə, insanlar arasında ünsiyyətin artmasina səbəb ola bilər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri