May
2015
18:46
7
1
1204
Virtual karabakh

Azərbaycan filmi festivalda mükafat aldı

4 May, 2015
18:46
1204

Azərbaycan filmi festivalda mükafat aldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ən yaxşı rejissor”.

“Nabat” bədii filmi İranda keçirilən 33-cü Fəcr Beynəlxalq Film Festivalının “East Panorama” müsabiqə proqramında “Ən yaxşı rejissor” mükafatına layiq görülüb.

Oxu.Az AzərTAc-a istinadla xəbər verir ki, festivalda və mükafatların təqdimolunma mərasimində filmin yaradıcı heyəti iştirak edib.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-cü ildə lentə alınmış filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və başqaları canlandırıblar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri