16 
May
2015
09:57
7
2
1224
Virtual karabakh

“Nabat”ın mükafatı Kannda təqdim edildi - FOTO

16 May, 2015
09:57
1224

“Nabat”ın mükafatı Kannda təqdim edildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ən yaxşı tammetrajlı bədii film”.

Tripoli Beynəlxalq Film Festivalında Elçin Musaoğlunun “Nabat” filmi “Ən yaxşı tammetrajlı bədii film” mükafatına layiq görülüb.

Mədəniyyət və Turizm Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Oxu.Az-a verilən məlumata görə, mükafatı təqdim etmək məqsədilə festivalın direktoru Elias Xlat filmin beynəlxalq distribütoru Nasrine Médard de Chardon ilə birgə Kann Beynəlxalq Film Festivalında təşkil olunan Azərbaycan pavilyonuna təşrif buyurub. Mükafatı qəbul edərkən Azərbaycanfilm kinostudiyasının direktoru, Azərbaycan Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmov qonaqlara təşəkkür etmiş və festivalla əməkdaşlığı davam etdirəcəyini bildirmişdir. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri