18 
May
2015
18:20
108
20
2590
Virtual karabakh

Qız Qalası Avropada nüfuzlu mükafat qazandı

18 May, 2015
18:20
2590

Qız Qalası Avropada nüfuzlu mükafat qazandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müsabiqədə Avropanın 21 ölkəsi iştirak edib.

Bu il Şotlandiyanın Qlazqo şəhərində Avropanın 21 ölkəsinin nüfuzlu muzeyinin iştirak etdiyi "Avropada ilin muzeyi" müsabiqəsində Qız Qalası seçim mərhələlərindən keçərək “Muzeyin ictimai əhəmiyyətliliyinin artırılması sahəsində əldə etdiyi mühüm nailiyyətlərə görə” nominasiyasında yer alıb.

Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Oxu.Az-a verilən məlumata görə, Qız Qalası bu nominasiya ilə muzey işinin təkmilləşdirilməsi sahəsinə verdiyi əhəmiyyətli töhfəyə görə təltif edilib.
 
Avropa Muzey Forumu (European Museum Forum) tərəfindən keçirilən "Avropada ilin muzeyi" müsabiqəsi (EMYA - European Museum of the Year Award) dünyada muzey işi sahəsində ən nüfuzlu və böyük tarixi olan müsabiqələrdən biridir. 

Müsabiqə geniş ictimaiyyətin diqqətini muzeylərdə keyfiyyət səviyyəsinin artmasına və innovasiyalara cəlb etmək məqsədi daşıyır.
 
Mövcud şərtlərə görə, müsabiqədə son iki ildə açılmış, yaxud eyni dövrdə əsaslı yenidənqurmadan keçmiş, yeni bölüm yaratmış muzeylər iştirak edə bilər. Əsas seçim meyarları muzeyin ictimaiyyətlə sıx əlaqə qura bilməsi, muzey mövzularının və əşyaların təqdimatında yeni və eksperimental üsullardan istifadə etməsi, ümumiyyətlə, əhaliyə yüksək mədəni xidmət göstərməsidir. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri