18 
May
2015
17:59
8
1
1322
Virtual karabakh

Xalq artistlərimiz hindli rejissorun Bakıda çəkəcəyi filmində - FOTO

18 May, 2015
17:59
1322

Xalq artistlərimiz hindli rejissorun Bakıda çəkəcəyi filmində - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Filmə Hindistan tərəfindən iyirmiyə yaxın kino işçisi cəlb olunacaq”.

Bollivudun tanınmış rejissoru Priyadarşan ilk dəfə Bakıda film çəkəcək.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bununla bağlı mayın 18-də Bakıda mətbuat konfransı keçirilib. Tədbirdə filmin rejissoru Priyadarşan, prodüseri, "Full Hous" kino şirkətinin baş direktoru Ceysin, Azərbaycanın "MR – Pictures Pro" şirkətinin rəhbəri Rauf Mehdiyev, həmçinin bu filmdə rol alacaq tanınmış azərbaycanlı sənətçilər Amaliya Pənahova, Həmidə Ömərova, Rasim Balayev və Fizuli Hüseynov iştirak ediblər.

Mətbuat konfransının iştirakçıları əvvəlcə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Laçın rayonunda şəhid olan soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycanın "MR – Pictures Pro" şirkətinin rəhbəri Rauf Mehdiyev bildirib ki, filmin ərsəyə gəlməsi üçün Hindistanın "Ful House" kino şirkəti Azərbaycanın "MR – Pictures Pro" və "Amal Film Production" ilə müqavilə imzalayıb. Çəkilişlər Bakıda, həmçinin Azərbaycanın müxtəlif regionlarında aparılacaq. Sözügedən ekran əsərinin çəkilməsində məqsəd Azərbaycanı dünyaya tanıtmaq, tarixi və mədəniyyəti ilə bağlı geniş informasiya verməkdir.

Tədbirdə bir çox ali kino mükafatlarının, həmçinin Hindistanda dövlət tərəfindən təsis edilən "PADMASHRI" mükafatı laureatı, rejissor Priyadarşanın iki yeni filminin treyleri də nümayiş olunub.

Bollivud tarixində ikinci ən çox film çəkən rejissor kimi tanınan Priyadarşan çıxışında Azərbaycan ilə Hindistan arasında böyük dostluq əlaqələrinin mövcud olduğunu deyib. “Bu, iki ölkə arasında gercəkləşəcək ilk kino layihəsi olacaq. Triller janrında olacaq tammetrajlı bədii filmdə baş rolu Hindistanın tanınmış kino aktyoru Mohanlal Vişvanatan Nair oynayacaq. Ekran işində, həmçinin Aparna Nair və Sabu Siril çəkiləcəklər. Filmə Hindistan tərəfindən iyirmiyə yaxın kino işçisi cəlb olunacaq”, - deyən rejissor bu filmin çox geniş auditoriyada yayılacağını vurğulayıb.

Mətbuat konfransında iştirak edən azərbaycanlı aktyorlar bu beynəlxalq layihədə yer aldıqlarına görə şad olduqlarını bildirblər.

Aktrisa Amaliya Pənahova yarımillik danışıqlardan sonra bu filmin gələcək əməkdaşlıqlar üçün təməl olacağını deyib.

Tədbirdə diqqətə çatdırılıb ki, bu cür layihələr dünyada nüfuz sahibi olan, "Bakı-2015" ilk Avropa Oyunları kimi böyük layihələrə imza atan Azərbaycan haqqında məlumatların geniş auditoriyaya çatdırılmasına xidmət edir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri