22 
May
2015
10:39
15
0
1676
Virtual karabakh

“Euronews” telekanalı Azərbaycan haqqında reportaj yayımladı – VİDEO

22 May, 2015
10:39
1676

“Euronews” telekanalı Azərbaycan haqqında reportaj yayımladı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlik məlumat yaydı.

“Euronews” telekanalı Bakıda 18-19 may tarixində Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq”  mövzusunda keçirilmiş III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında reportaj yayımlayıb. 

Mədəniyyət və Turizm Nazirliyinin İctimaiyyətlə Əlaqalər Şöbəsindən Oxu.Az-a verilən məlumata görə, “Azərbaycan mədəniyyətlərarası dialoq təqdim edir” adlı reportajda tanınmış ictimai-siyasi xadimlərin, beynəlxalq təşkilatların nümayəndələrinin, ekspertlərin, analitiklərin Forumda bir araya toplaşdıqları və vacib məsələləri müzakirə etdikləri qeyd olunur.

Bildirilir ki, Forum 2008-ci ildə müxtəlif mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü “Bakı prosesi” təşəbbüsü çərçivəsində təşkil edilib.

Reportajda Forumun rəsmi açılışında Azərbaycan Prezidenti İlham Əliyevin nitq söylədiyi diqqətə qeyd olunur. Bildirilir ki, Prezident İlham Əliyev "Euronews" telekanalına müsahibəsində son illərdə Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin, həmçinin Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən bəhs edib, sabitlik məkanına çevrilən Azərbaycanda multikulturalizm ənənələrindən və digər məsələlərdən danışıb.

Reportajda, həmçinin UNESCO-nun baş direktoru İrina Bokovanın, Fransa Senatının üzvü Natali Qulenin və digər nüfuzlu iştirakçıların fikirlərinə yer verilir.

Diqqətə çatdırılır ki, Forum iştirakçıları bu tədbirin dünyada sülhə, tolerantlığa, multikulturalizmə töhfə verəcəyinə əmindirlər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri